Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Matye Valbuena yaş amilinə baxmayaraq, yaşıl meydanı tərk etməyi düşünmür. O, özünə yeni klub tapıb.
"Football-plus.az" xəbər verir ki, Fransa yığmasının sabiq oyunçusu karyerasını Maltada davam etdirəcək. 41 yaşlı yarımmüdafiəçi 2-ci divizionda çıxış edən “Santa Lusiya”ya keçib. Klubun rəsmi saytında onunla imzalanan müqavilənin detalları ilə bağlı hələlik məlumat verilməyib.
Valbuenanın əvvəlki iş yeri “Olimpiakos”un B komandası olub. O, daha əvvəl “Marsel”, “Dinamo” (Moskva) və “Fənərbaxça”da da çıxış edib. Matyenin milli formada 52 oyun keçirdiyini və 8 qol vurduğunu da bildirək.