Məşhur fransız aktyoru öldü

01.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Məşhur fransız aktyoru Nils Arestrup 75 yaşında Parisdə vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı məlumat yayıb.

“Arestrup ailəsinin əhatəsində dünyadan köçüb”, - həyat yoldaşı bildirib.

Aktyorun ölüm səbəbi ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, Nils Arestrup “Peyğəmbər”, “Ürəyimin döyüntüsü dayandı”, “Onun adı Saradır”, “Döyüş atı” kimi məşhur filmlərdə rol alıb./Kult.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью