Məşhur futbol klubu çətin duruma düşdü

07.01.2025

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Quançjou" (Çin) peşəkar klub statusunu itirib.

QOL.az xəbər verir ki, Çin Futbol Assosiasiyası (CFA) kluba 2025-ci ildə ikinci divizionda mübarizə aparmaq üçün lisenziya verməyib.

Qərara səbəb kimi ödənilməmiş borcların olduğu qeyd edilib. CFA klubdakı vəziyyəti izləməyə davam edəcək.

"Quançjou" 1954-cü ildə yaradılıb. Klub 8 dəfə - 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017 və 2019-cu illərdə Çin çempionu olub. "Quançjou" 2 dəfə Çin Kubokunun və Asiya Çempionlar Liqasının qalibi adını qazanıb. Həmçinin komanda 2 dəfə klublararası dünya çempionatında 4-cü yeri tutub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью