Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Bavariya”nın futbolçusu Camal Musiala karyerasını bitirə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçiyə müalicəsi olmayan nevroloği pozğunluq diaqnozu qoyulub.
Musiala dünən son bir neçə ayda artıq üçüncü dəfə huşunu itirib. Məşqdə və oyunlarda qeyri-ixtiyari davranışlar edən futbolçunun karyerasını bitirəcəyi bildirilir.
Camal Almaniya futbolunun perspektivli oyunçularından hesab edilirdi.
Yarımmüdafiəçi “Bavariya” ilə altı dəfə Almaniya çempionu olub, ölkə kubokunu, UEFA Superkubokunu və klublararası dünya çempionatını qazanıb.
O, Almaniya millisinin heyətində isə 46 oyun keçirib, 10 qol vurub və 8 məhsuldar ötürmə edib.