Məşhur futbolçu Argentina klubuna keçməkdən imtina edib

19.12.2024

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

"Real" klubunun və İspaniya millisinin sabiq futbolçusu Serxio Ramos Argentina təmsilçisi "Boka Xuniors"un təklifindən imtina edib.

"Report" xəbər verir ki, bu barədə "TyC Sports" nəşri məlumat yayıb.

38 yaşlı müdafiəçi Argentinaya köçmək istəməyib.

Qeyd edək ki, Ramos son olaraq ölkəsində "Sevilya"nın formasını geyinib. O, ötən mövsüm bu komandanın heyətində 37 oyun keçirib, 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью