Məşhur futbolçu Bakıda Foto

12.03.2025

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun sabiq futbolçusu Luiş Nani Bakıya gəlib.

Axşam.az xəbər verir ki, bu barədə aparıcı Fəridə Abdulla sosial şəbəkədə məlumat yayıb.

O, həmkarı Ceyhun Əli və keçmiş futbolçu ilə birlikdə çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, Luiş Nani Azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasimində iştirak etmək üçün ölkəmizə təşrif buyurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью