Məşhur futbolçu bəraət aldı

31.03.2025

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Zorlamada ittiham olunan Braziliya yığmasının sabiq futbolçusu Daniel Alveş bəraət alıb.
“RMC Sport”un xəbərinə görə, İspaniya Ali Məhkəməsinin Cinayət Kollegiyası zərərçəkmiş şəxsin ifadəsindən başqa ciddi təqsirli sübutların olmaması səbəbindən birinci hökmü ləğv edib. Alveş təcavüzə görə 4,5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bir illik həbsdən sonra Barselona Məhkəməsi keçmiş futbolçunu bu hökmdən apellyasiya şikayətinə qədər 1 milyon avro girov əvəzində azadlığa buraxıb.
Bəzi mənbələr Danielin haqsız yerə həbsxanada keçirdiyi vaxta görə təzminat alacağını qeyd edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью