Məşhur futbolçu idman zalında huşunu itirdi

12.11.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İngiltərənin "Çelsi" klubunun və Braziliya yığmasının keçmiş futbolçusu Oskar trenajorda məşq edərkən huşunu itirib və xəstəxanaya yerləşdirilib.

Axar.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçiyə ürək xəstəliyi diaqnozu qoyulub.

Hazırda həkimlərin nəzarəti altında xəstəxanada qalan Oskarın karyerasını başa vura biləcəyi də istisna edilmir.

Qeyd edək ki, Oskar "Çelsi"nin heyətində iki dəfə İngiltərə çempionu və Avropa Liqasının qalibi olub. O, Braziliya millisində meydana çıxdığı 48 oyunda 12 qola müəlliflik edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью