Məşhur futbolçu inadından dönmür

13.08.2026

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kristian Eriksen sağlamlıq problemlərinə baxmayaraq futbolçu karyerasını başa vurmaq niyyətində deyil.
"Football-plus.az" xəbər verir ki, danimarkalı futbolçu milli komandanın heyətində matç zamanı ikinci dəfə huşunu itirdikdən bir neçə ay sonra “Volfsburq”un düşərgəsinə qayıdıb.
Eriksen komandanın yoldaşlıq oyunu zamanı futbolçular və məşqçilər korpusu ilə görüşsə də, hələlik tam məşqlərə başlamayıb. Onun bərpasının növbəti mərhələsinin Danimarkada həkim nəzarəti altında davam edəcəyi bildirilir.
Qeyd edək ki, 34 yaşlı yarımmüdafiəçinin yaşıl meydana qayıdacağı tarix hələ müəyyənləşməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью