Məşhur futbolçu karyerasını bitirdi FOTO

14.11.2024

Manset portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə millisinin sabiq futbolçusu Ömər Toprak karyerasını bitirib.

Manset.az xarici KİV-ə istinadən məlumatına görə, 35 yaşlı müdafiəçi bu barədə özü açıqlama verib.

Qeyd edək ki, sonuncu klubu Türkiyədə "Antalyaspor" olan Ö.Toprak karyerası ərzində Dortmund "Borussiya"sı, "Verder", "Bayer 04" (hamısı Almaniya) kimi komandaların formasını geyinib. O, Türkiyə yığmasının heyətində 27 oyunda meydana çıxıb, 2 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью