Məşhur futbolçu klub sahibi oldu

14.11.2024

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Barselona"nın sabiq futbolçusu Andreas İnyesta klub sahibi olub.

Sportal.az xəbər verir ki, bir müddət öncə karyerasını bitirdiyini açıqlayan ispan yarımmüdafiəçi Danimarkanın "Helsinger" klubunu alıb. Futbolçu bu barədə özü məlumat verib.

İnyestaya məxsus olan NSN şirkəti İsveçrənin "Stoneweg" şirkəti ilə birlikdə "Helsinger" klubunu satın alıb.

Qeyd edək ki, "Helsinger" 2010-cu ildə yaradılıb. Klub hazırda Danimarkanın 3-cü Divizionunda mübarizə aparır.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью