Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Maddi çətinliklərlə üzləşən Niderland millisinin sabiq futbolçusu Uesli Sneyder karyerası ərzində qazandığı mükafatları və ulduz oyunçularla dəyişdiyi formaları hərraca çıxarıb.
“Yeni Sabah” xəbər verir ki, Sneyder 2025-ci ilin sonunda Türkiyədə daşınmaz əmlak fırıldağının qurbanı olduğunu bildirib və hərraca çıxarılan xatirə əşyalarının həmin hadisədə itirilən böyük məbləğdə vəsaitlə bağlı ola biləcəyi qeyd olunur.
Satışa çıxarılan ən diqqətçəkən eksponat Serxio Ramosun 2010-cu il Dünya Kubokunun finalında geyindiyi və qarşılaşmadan sonra Sneyderə hədiyyə etdiyi forma olub. Həmin forma 65 126 avro (54 459 funt sterlinq) qarşılığında braziliyalı kolleksiyaçı tərəfindən əldə edilib. Hərracda həmçinin 2010-cu il Dünya Kubokunun "Gümüş top" mükafatı 19 001 avroya, 2014-cü il Dünya Kubokunun bürünc medalı 6 500 avroya, 2014-cü ildə Niderland – Braziliya görüşündə istifadə olunan top 6 100 avroya, 2010-cu il mundialında İspaniyaya qarşı geyindiyi forma 5 000 avroya, 2014-cü il Dünya Kubokunda iştirak medalı isə 1 024 avroya alıcı tapıb. Elektronika məhsulları
Futbol tarixinin mühüm turnirlərinə aid bu xatirə əşyalarının satışa çıxarılması həm kolleksiyaçılar, həm də idman ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.