Məşhur futbolçu oğluna rəqib ola bilər

03.12.2024

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

"Everton" klubunun ingiltərəli futbolçusu Eşliq Yanq oğlu Tayler Yanqa qarşı oynaya bilər.

Bakıvaxtı.az xəbər verir ki, 39 yaşlı müdafiəçinin çıxış etdiyi komanda 2025-ci il yanvarın 11-də İngiltərə Kubokunun (FA) III turunda "Piterboro Yunayted" ilə üz-üzə gələcək.

Onun 18 yaşlı oğlu avqustdan I Liqa təmsilçisinin formasını geyinir.

Qeyd edək ki, Eşli Yanq karyerası ərzində "Mançester Yunayted", "Aston Villa" və İtaliyada "İnter" kimi klublarda çıxış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью