Məşhur futbolçu Qarabağın rəqibindən ayrıldı

30.12.2024

Icma.az, Qol.az saytına istinadən bildirir.

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Olimpiakos"da ayrılıq baş verib.

QOL.az xəbər verir ki, məşhur futbolçu Villian Yunanıstan təmsilçisi ilə yollarını ayırıb.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Tərəflər müqaviləyə qarşılıqlı şəkildə xitam veriblər.

Braziliya millisinin sabiq üzvü "Çelsi", "Arsenal", "Fulhem" kimi klublarda çıxış edib. 36 yaşlı yarımmüdafiəçi "Olimpiakos"un heyətində 11 oyunda meydana çıxıb və 1 qol ötürməsi edib.  

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının 8-ci turunda - yanvarın 31-də "Olimpiakos"la Yunanıstanda qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью