Məşhur futbolçu Səudiyyə Ərəbistanı klubuna keçir

28.01.2025

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bayer"in məşhur hücumçusu Viktor Bonifase karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. "Əl-Nəsr" 24 yaşlı futbolçunu heyətinə qatmaqda israrlıdır. 

Klub nümayəndələri hazırda Almaniyadadırlar və burada "Bayer"lə danışıqlar aparırlar. 

Bonifase özü də Səudiyyə Ərəbistanı təmsilçisinə keçməkdə maraqlıdır. Hətta futbolçu komandanın son məşqini də buraxıb. 

Viktor bu mövsüm "Bayer" üçün bütün turnirlərdə 15 oyun keçirib (933 dəqiqə), 8 qol vurub və 1 qolun ötürməsini verib. Onun Bundesliqa təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına qədədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью