Məşhur futbolçu təbii ehtiyacını küçədə ödədi

01.04.2025

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi Londonun mərkəzindəki küçələrdən birində təbii ehtiyacını ödəyib.

Publika.az xəbər verir ki, Runi FA Kubokunun 1/4 finalında ekspert kimi televiziyada göründükdən sonra həftə sonu dostları ilə barda olub.

Daha sonra Ueyn telefonla danışarkən yüngül təbii ehtiyacını ödəmək üçün binalardan birinin divarını hədəf seçib.

Bu barədə “London Evening Standard” nəşri məlumat yayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью