Məşhur futbolçu üçün ağır mənzərə

07.02.2025

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

"Mançester Yunayted" klubu əsas futbolçularından birini zədə səbəbindən itirib.

News24.az xəbər verir ki, Lisandro Martinez may ayına qədər yaşıl meydanlardan kənar qalacaq.

Argentinalı müdafiəçi çarpaz bağının qopması səbəbindən 90 gün "Mançester Yunayted"ə kömək edə bilməyəcək.

Qeyd edək ki, Martines İngiltərə çempionatının 24-cü turunun "Kristal Pelas"la oyununda (0:2) zədələnib.

Ağa Dadaşzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью