Məşhur futbolçuda dopinq aşkarlandı 4 illik diskvalifikasiya oluna bilər

17.12.2024

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Çelsi”nin və Ukrayna yığmasının futbolçusu Mixail Mudrikin qanında dopinq tapılıb.

“Qafqazinfo” xəbər verir ki, o bu səbəbdən müvəqqəti olaraq futboldan uzaqlaşdırılıb. 

Bildirilib ki, Mudrikin testindəki “A” nümunəsi pozitiv olub. “B” nümunəsinin cavabı isə hələ açıqlanacaq. 

İngiltərə Futbol Assosiasiyası onunla bağlı yekun qərarın ikinci nümunədən sonra veriləcəyini bildirib. Ukrayna mətbuatı isə futbolçunun 4 illik diskvalifikasiya olunacağını qeyd edib. 

Mudrik özü də bununla bağlı açıqlama verib: “İngiltərə Futbol Assosiasiyasına təqdim etdiyim nümunədə qadağan olunmuş maddənin aşkar edildiyi ilə bağlı mənə məlumat verilib. Açığı, şok oldu. Çünki heç zaman bilərəkdən hansısa qadağan olunmuş preparatı qəbul etməmişəm. İndi isə proses məxfidir və ətraflı nəsə danışa bilmərəm”. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью