Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Ölkəmizdə keçirilən COP29 tədbiri müddətində məşhur futbol ulduzları, tanınmış məşqçilər Azərbaycana gətirildilər.
İndi isə daha bir futbol ulduzu Messinin Azərbaycana gələcəyi qeyd olunur.
Bəs görəsən, tanınmış idmançıların Azərbaycana gətirilməsinin ölkə idmanına nə kimi faydası var?
Mövzu ilə bağlı idman şərhçisi Kənan Məstəliyev Moderator.az-a danışdı.
“Futbol komanda oyunu olsa da, həmişə fərdlərin, ulduzların ön plana çıxdığı bir tamaşa olub.
Əksəriyyət futbola məhz texnika, taktika üçün hansısa məşqçilərin gedişləri üçün yox, fərdlər üçün baxır və bu ulduzlar həmişə dəyişirlər.
Vaxtikən Pele, Qoreça var idisə, ondan sonra Maradona var idisə, indi də messilərin vaxtıdır.