Məşhur futbolçular instaqramdan bu qədər qazanır MƏBLƏĞ

20.01.2025

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Məşhur futbolçuların instaqram sosial şəbəkəsində reklamlar sayəsində əldə edikləri gəlir bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Game Set & Match" şirkəti araşdırma aparıb.

Birinci pillədə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən portuqaliyalı Kriştianu Ronaldu qərarlaşıb. O, bir paylaşımdan 1,4 milyon dollar qazanır.

ABŞ-nin "İnter Mayami" komandasında çıxış edən argentinalı Lionel Messi (1,1 milyon dollar) ikinci, Səudiyyə Ərəbistanı "Əl-Hilal"ına məxsus olan Neymar (615 min dollar) üçüncüdür.

İspaniya təmsilçisi "Real"ın fransalı futbolçusu Kilian Mbappe (383 min dollar) dördüncü yerdədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью