Məşhur futbolçunu Dubayda ventilyatorla gəzdirdilər VİDEO

10.11.2026

Lent az saytına istinadən Icma.az xəbər verir.

“Real”ın braziliyalı ulduzu Vinisius Junior Dubayda qeyri-adi görüntüləri ilə gündəmə gəlib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən 26 yaşlı futbolçu istirahət üçün Dubaya yollanıb.

İsti havadan narahat olan futbolçunu sərinlətmək üçün əməkdaşlar onu müşayiət ediblər. Görüntülərdə əməkdaşlardan birinin Vinisiusu günəşdən qorumaq üçün başı üzərində çətir tutduğu, digərinin isə ventilyatorla sərinlətdiyi əks olunub.

Onun küçədə bu şəkildə gəzməsi ətrafdakıların diqqətini çəkib.

Həmin görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью