Məşhur futbolçunun dopinq testi müsbət çıxdı

17.12.2024

Icma.az, Manset portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Londonun “Çelsi”sinin və Ukrayna millisinin hücumameyilli yarımmüdafiəçis 23 yaşlı Mixail Mudrik dopinq testindən keçib və test müsbət nəticə göstərib.
Manset.az bu barədə rus mətbuatına istinadən məlumat yayıb.
Bildirilir ki, futbolçunun “A” nümunəsində qadağan olunmuş maddə aşkar edilib. Müsbət nəticə göstərən test oktyabrın sonunda Mudrikdən götürülüb. “B” nümunəsinin nəticəsi yaxın günlərdə məlum olacaq.
“B” nümunəsi də qadağan olunmuş maddələrin olduğunu göstərərsə, Ukrayna millisinin ulduzu 4 ilə qədər diskvalifikasiya ilə üzləşə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью