Məşhur futbolçunun evi qarət edildi

19.05.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Lion"un hücumçusu Aleksandr Lyakazettin evi qarət edilib.

QOL.az xəbər verir ki, hadisə Fransa çempionatının 34-cü turunun "Anje" ilə oyunu (2:0) zamanı olub.

Oğurluq oyun başlayandan yarım saat sonra baş verib.

Qarəti iki şəxs törədib. Onlar evdən qızıl-zinət əşyaları və pul oğurlayıblar. Zərərin ümumi məbləği 10 min avrodan çoxdur. Polis faktla bağlı araşdırmalara başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью