Məşhur futbolçunun oğlu “İnter”də

08.07.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“İnter” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “neradzurra” “Brügge”dən Aleksandar Stankoviçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

“İnter” Stankoviçi 23 milyon avro qarşılığında heyətinə qatıb.

Dayaq yarımmüdafiəçisi “Neradzurra”nın yetirməsidir. O, 2025-ci ildə “İnter”dən “Brügge”yə keçmişdi.

Aleksandar serbiyalı keçmiş futbolçu Deyan Stankoviçin oğludur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью