Məşhur futbolçuya Argentinadan təklif

12.12.2024

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İspaniya milli komandasının sabiq futbolçusu Serxio Ramos karyerasını Argentinada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Boka Xuniors" 38 yaşlı mərkəz müdafiəçisini heyətinə qatmaq istəyir. Bu barədə Argentina mətbuatı məlumat yayıb.

Klub rəhbərliyi təcrübəli futbolçu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Serxio Ramos son olaraq "Sevilya"da çıxış edib. O, 2023/2024 mövsümü başa çatdıqdan sonra klubsuzdur.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью