Məşhur futbolçuya evində HÜCUM EDİBLƏR

28.01.2025

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir müddət əvvəl "Beşiktaş"la qarşılaşan "Atletik Bilbao"nun futbolçularından Aleks Berenquer və ailəsi evlərində silahlı hücuma məruz qalıb.

News24.az xəbər verir ki, El Correo-da yayımlanan xəbərə görə, papaqlı və silahlı üç hücumçu Bilbao klubunun futbolçusu Aleks Berenquerin Mungiadakı dağ evinə hücum edib.

29 yaşlı futbolçu qapını bağlayaraq silahlı basqınçıların evə girməsinin qarşısını ala bilib.

Yerli polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Məryəm İlhamqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью