Məşhur “gəlin qayınana” yeni layihədə

25.06.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Türkiyənin məşhur “Yaprak Dökümü” serialının aktrisaları yeni filmdə bir araya gələcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu haqda türkiyəli şou yazarı Birsen Altuntaş məlumat yayıb.

Onun sözlərinə görə, “Yaprak Dökümü”nün gəlin-qayınanası Güler Ökten və Bennu Yıldırımlar “Aşk Tesadüfleri Sever 3”də rol alacaq.

Qeyd edək ki, rejissor Ömər Faruk Sorakın çəkdiyi unudulmaz “Aşk Tesadüfleri Sever” film seriyasının üçüncü hissəsinin istehsalına iyulun 7-də başlanacaq. 



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью