Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Qara dənizin Bolqarısan sahillərində VN 8112 balıqçı gəmisi yoxa çıxıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, gəmidə məşhur kapitan Xristo Spasov, onun oğlu və köməkçisi olub.
Gəmi ilə əlaqə srağagün kəsilib. Həmin vaxt dənizdə fırtına olub, küləyin sürəti 20m/san təşkil edib. Suyun hərarəti isə 6 dərəcədən aşağı imiş.
Gəminin batma ehtimalı böyükdür. Bununla belə 2 günə yaxındır axtarışda olan xilasedicilər kapitanın və digər 2 nəfərin sağ qalmasına ümid edirlər.
Qeyd edək ki, Xristo Spasov 2011-ci ildə məhkəmə çəkişməsindən sonra məşhurlaşmışdı. Onu qanunsuz balıq ovunda ittiham edən Rumıniya məhkəməsi sonda Spasovun günahsız olduğunu elan etmişdi.
L.Tağıyeva