Məşhur general evində yııxlaraq öldü Başı döşəməyə dəyib...

22.02.2025

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ehtiyatda olan polis general-mayoru, Quba Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ərziman Əliyev 69 yaşında vəfat edib.

Mia.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə mərhumun ailə üzvləri məlumat verib.

Bildirilib ki, Ə.Əliyevin ürəyində xeyli müddətdir problemlər yaranıbmış. Ona görə də açıq ürək əməliyyatı keçirib.

Fevralın 22-də evində yıxılıb və başı döşəməyə dəyib. Ə.Əliyev aldığı xəsarətdən dünyasını dəyişib. Hadisə baş verən zaman general-mayor evdə tək olub.

Mərhum sabah - fevralın 23-də "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq. Qeyd edək ki, Ərziman Mikayıl oğlu Əliyev 1956-cı ildə Göyçay rayonunda anadan olub. 2004–2007-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Göyçay Rayon Polis İdarəsinin rəisi, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi olub. 

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью