Məşhur generala professor adı verildi

02.05.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Ordusunun generalına yeni elmi ad verilib.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, Milli Müdafiə Universiteti rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənov professor elmi adı alıb.

Bununla bağlı Ali Attestasiya Komissiyası qərar qəbul edib.

General-mayor A.Həsənov milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktorudur. O, indiyədək dosent idi.

Qeyd edək ki, “Hərbi bilik” jurnalının Redaksiya heyətinin siyahısında A.Həsənov professor kimi təqdim olunub.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью