Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çempionlar Liqasının VI turunda Fransanın “Monako” klubu ilə Türkiyənin “Qalatasaray” komandası arasında keçiriləcək qarşılaşmanı niderlandlı hakim Denni Makkeli idarə edəcək.
İdman.Biz xəbər verir ki, UEFA-nın rəsmi saytında yer alan məlumata görə, görüş dekabrın 9-da, Monako şəhərində yerləşən II Lui stadionunda Bakı vaxtı ilə saat 23:59-da başlayacaq. Denni Makkelinin köməkçiləri həmvətənləri Hessel Stiqstra və Yan de Vries olacaq.
Matçın dördüncü hakimi funksiyasını da niderlandlı Allard Lindhout yerinə yetirəcək.