Məşhur hakim “Qarabağ”ın oyununa təyinat aldı

23.11.2025

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UEFA Çempionlar Liqasının 5-ci turunda keçiriəcək “Napoli” - “Qarabağ” matçının hakimləri müəyyənləşib.

“Qafqazinfo” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı məşhur polşalı hakim Şimon Marçinyak idarə edəcək.

Ona Tomaş Listkieviç və Adam Kupsik kömək edəcək. 4-cü hakim isə niderlandlı Pol van Boekel olacaq. Daha bir məşhur hakim İvan Bebek isə VAR hakimi funksiyasını yerinə yetirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью