Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Polşalı FIFA referisi Şimon Marçinyak UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda keçirilən “Sportinq” – “Mançester Yunayted” (2:2) matçında səhvə yol verdiyini etiraf edib.
QOL.az xəbər verir ki, təcrübəli hakim bu barədə instaqram hesabında paylaşım edib. Qarşılaşmada İngiltərə təmsilçisinin futbolçusu Amad Diallonun vurduğu qolu ləğv edən Marçinyak qərarının yanlış olduğunu bildirib:
“Amad Diallonun qolunu ləğv etmək qərarıma görə “Mançester Yunayted”in futbolçularından və azarkeşlərindən səmimi qəlbdən üzr istəmək istəyirəm.
Həmin anda Tilemansın sürüşərək topa müdaxiləsini aydın gördüyümü düşünürdüm. Ancaq oyundan sonra epizodu yenidən izləyərkən başqa rakursdan bunun qayda pozuntusu olmadığını aydın şəkildə gördüm.
Matçdan sonra bütün hakimlər bu epizodu müzakirə etmək üçün bir araya gəldilər. Lakin artıq meydanda qərar verilmişdi.
Çempionlar Liqasında “Sportinq” – “Mançester Yunayted” kimi əhəmiyyətli bir qarşılaşmada VAR-la məsləhətləşmədən belə həlledici qərar verməməli idim. Bu, oyun ərzində verdiyim yeganə yanlış qərar idi.
“Mançester Yunayted”in futbolçularının və azarkeşlərinin məyusluğunu tam anlayıram. Səhvə görə bütün məsuliyyəti öz üzərimə götürürəm. Bu, yanlış qərar idi və buna görə səmimi qəlbdən üzr istəyirəm”.