Məşhur həkim Qarabağa köçdü Xankəndidə işləyəcək

02.10.2025

Icma.az bildirir, Medicina portalına istinadən.


Uzman psixiatr İkram Rüstəmov Qarabağda fəaliyyət göstərəcək.

Medicina.az xəbər verir ki, bu barədə o, paylaşım edib.

"Uzun müddətdir klinik fəaliyyətimi dayandırmışdım. Çünki ölkəmiz üçün çox əhəmiyyətli olan Qarabağ

Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsi və eyni

zamanda Qarabağ Universitetinin Klinikasının qurulması

işi ilə məşğul idik. Artıq bundan sonra klinik və akademik

fəaliyyətimi Qarabağ Universiteti Klinikasında davam

etdirəcəyəm. Ünvan Xankəndi şəhəridir. Müraciət etmək

istəyən pasiyentlər 0992260026 telefon nömrəsi ilə

birbașa əlaqə saxlayıb ətraflı məlumat ala bilərlər. Köhnə

nömrələrimizdən də məlumat ala bilərsiniz", - deyə qeyd edib.

Aygün

Medicina.az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью