Məşhur həkimdən proqnoz: İnsan ömrü 150 ilə qədər artacaq

09.08.2026

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkə.az xəbər verir ki, bu fikri Rusiya Elmlər Akademiyasının (RAN) akademiki, Rusiya Təhsil Akademiyasının vitse-prezidenti, məşhur həkim-epidemioloq Gennadi Onişenko TASS-a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, elm aləmində uzun müddətdir ki, insanların 150 ilə qədər yaşamaq potensialının olub-olmaması barədə mübahisə və müzakirələr aparılır. Lakin alimlər hələ də insanın həqiqətən bu qədər yaşaya biləcəyini sübut edə bilməyiblər.

"Onu deyə bilərəm ki, prinsipcə elm hazırda bu məsələnin üzərində işləyir və bu cür imkanlar yəqin ki, ətraflı nəzərdən keçirilir", - Onişenko bildirib.

Onişenko onu da əlavə edib ki, ömür uzunluğuna genetikadan tutmuş pis vərdişlər, insanın öz sağlamlığına münasibəti və dərmanın keyfiyyətinə qədər bir neçə amil təsir göstərir. Məşhur həkim xüsusilə qeyd edib ki, süni orqan texnologiyasındakı irəliləyişlər sayəsində insanlar 150 yaşa çata bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью