Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kilian Mbappe yeni rekordun müəllifi olub.
26 yaşlı hücumçu bunu La Liqanın “Rayo Valyekano” ilə oyununda (2:1) qapıya yol tapmaqla bacarıb. Kilian “Real”dakı debüt mövsümündə vurduğu qolların sayını 29-a çatdırıb. Bununla da o, hər hansı bir klubda debüt mövsümündə 29 və daha çox qol vuran ilk fransız futbolçu kimi tarixə düşüb.
Əvvəlki rekord keçmiş hücumçu Mişel Platiniyə məxsus idi. O, 1982/83 mövsümündə “Yuventus”un heyətində 28 qol vurmuşdu. “Real”a ötən yay keçən Mbappe bu kluba müqavilə ilə 2029-cu ilə qədər bağlayıb.