Məşhur hind aktyoru həbs edildi

28.01.2026

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Məşhur hindistanlı aktyor Nadim Xan Mumbayda ev işçisinə qarşı cinsi zorakılıq ittihamı ilə saxlanılıb.

Axşam.az xəbər verir ki, bu barədə “Times of India” nəşri məlumat yayıb.

Polisə 41 yaşlı qadından şikayət daxil olub. Qadın daha əvvəl müxtəlif aktyorların evində çalışdığını və təxminən 10 il əvvəl Nadim Xanla tanış olduğunu bildirib. Zərərçəkənin sözlərinə görə, aktyor onunla evlənəcəyinə söz verib və bu müddət ərzində həm öz evində, həm də qadının yaşadığı ünvanda onu dəfələrlə zorlayıb.

Daha sonra Nadim Xan evlənməkdən imtina edib. Bundan sonra qadın Versova polis bölməsinə müraciət edib. Aktyor yanvarın 22-də saxlanılıb və hazırda həbsdədir.

Qeyd edək ki, Nadim Xan sonuncu dəfə 2025-ci ildə ekranlara çıxan məşhur hind blokbasteri “Mütəxəssis” filmində rollardan birində çəkilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью