Məşhur hitin ifaçısı xəstəxanaya yerləşdirildi!

20.06.2026

Icma.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Za tebya kalım otdam” hitinin ifaçısı Murat Txaqaleqov təcili olaraq xəstəxanaya yerləşdirilib.
OLAY yazır ki, sənətçi qida borusunda açılmış qanaxma səbəbindən klinikaya aparılıb.

Həkimlərin sözlərinə görə, müalicə təxminən iki həftə davam edəcək və müğənni konsert fəaliyyətinə ən tez iyul ayında qayıda biləcək. Hazırda ifaçı həkimlərin ciddi nəzarəti altındadır.

Yaxın günlərdə ona qida borusunun damarlarının liqasiyası proseduru tətbiq olunacaq. Bu prosedur təkrar qanaxma riskini minimuma endirmək məqsədi daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью