Məşhur Hollivud aktyoru təcili əməliyyat üçün xəstəxanaya yerləşdirildi

04.02.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Məşhur Hollivud aktyoru Çenninq Tatum təcili əməliyyat üçün xəstəxanaya aparılıb.

Moderator.az bu barədə kp.ru-ya istinadən xəbər verir.

45 yaşlı aktyor sosial mediada pərəstişkarlarını vəziyyəti ilə bağlı məlumatlandıraraq xəstəxana otağından şəkil paylaşıb.

Aktyor paylaşımında çiynindən zədə aldığını və mürəkkəb əməliyyat keçirəcəyini etiraf edib.

"Sadəcə, daha bir gün, daha bir sınaq. Bu, asan olmayacaq, amma nə etmək olar? Gəlin bundan da keçək", - aktyor sosial mediada yazıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью