Məşhur hücumçu “butslarını asdı”

15.08.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İtaliya millisinin və “Paris”in futbolçusu Çiro İmmobile karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, bu barədə 36 yaşlı forvard özü açıqlamasında deyib. O, “butslarını asdığını” bildirib.

İtalyan hücumçu ötən mövsüm “Paris”in heyətində 12 oyunda 2 qol vurub.

İmmobile karyerası ərzində “Latsio”, “Beşiktaş”, “Borussiya”, “Sevilya” kimi klublarda çıxış edib. Hücumçu 656 oyunda 350 qola imza atıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью