Məşhur hücumçu Fənərbağça dan ayrıldı

16.01.2026

Icma.az bildirir, Mia.az portalına istinadən.

"Fənərbağça" daha bir futbolçu ilə vidalaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub bu barədə Türkiyə Futbol Federasiyasını məlumatlandırıb.

Bildirilib ki, millinin hücumçusu da olan Genk Tosunla qarşılıqlı razılaşma ilə müqaviləyə xitam verilib. 

Xatırladaq ki, Cenk Tosun bu mövsüm "Fənərbağça"da 7 oyuna sonradan daxil olub.

Təcrübəli hücumçunun "Kasımpaşa" ilə müqavilə imzalayacağı gözlənilir.

Onu da qeyd edək ki, "Kasmpaşa" dünən "Qalatasaray"ın sabiq yarımmüdafiəçisi Kərəm Dəmirbayla da anlaşıb.

Firudin Səfərli

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью