Məşhur hücumçu “Fənərbağça”ya “yox” dedi

26.11.2025

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Barselona”nın futbolçusu Robert Levandovski qışda klubunu dəyişməyəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə Florian Plettenberq məlumat yayıb. Polşalı hücumçu “Fənərbağça”nın 1.5 illik müqavilə təklifini rədd edib. O, azı mövsümün sonuna kimi Kataloniya təmsilçisində qalmaq istəyir.

Levandovski bu mövsüm 14 oyunda 8 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью