Məşhur hücumçu Ferentsvaroşun baş məşqçisi təyin olundu

06.01.2025

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Keçmiş hücumçu Robbi Kinin məşqçi kimi yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, irlandiyalı mütəxəssis Macarıstanda çalışacaq.

Kin "Ferentsvaroş"un baş məşqçisi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 44 yaşlı məşqçi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Robbi Kinin son iş yeri İsraildə "Makkabi" olub. Tel-Əviv təmsilçisi onun rəhbərliyi altında ölkə çempionluğunu qazanıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью