Məşhur hücumçu qəza keçirdi, vəziyyəti ağırdır FOTO

07.12.2024

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

İngiltərənin "Vest Hem" klubunda çıxış edən Maykl Antonio ağır qəza keçirib.

Sportal.az xəbər verir ki, hadisə bu gün Esseks bölgəsində baş verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yamaykalı hücumçu dərhal helikopterlə xəstəxanaya çatdırılıb. 34 yaşlı futbolçu hazırda Londonda yerləşən klinikalardan birinin reanimasiya şöbəsindədir. Təcrübəli forvardın durumunun ağır olduğu bildirilir.

Qeyd edək ki, Maykl Antonio 2015-ci ilin sentyabr ayından "Vest Hem"də çıxış edir. Yamayka millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью