Məşhur hücumçunun oğlu İngiltərə klubunda

24.11.2024

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Mançester Siti"nin sabiq hücumçusu Vilfrid Boninin oğlu Coffre Boni İngiltərə 2-ci Liqasında oynayacaq.
“Football-plus.az” xəbər verir ki, Coffre “Nyuport Kaunti” ilə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
19 yaşlı forvardla ilə 2025-ci ilin iyununa qədər müqavilə imzalanıb. Boninin kiçik oğlu Orfi də həmin klubun U-18 heyətində çıxış edir.
Qeyd edək ki, hazırda klubsuz olan 36 yaşlı Vilfrid “Sparta”(Praqa), “Vitesse”, “Stok Siti”, “Əl-Ərəbi”(Qətər), “Əl-İttihad”(Səudiyyə Ərəbistanı), “Neymegen”(Niderland) və “Olveys Ridi”(Boliviya) klublarında oynayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью