Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq. Rusiyanın məşhur idman saytı olan "Çempionat.com" "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov h
BAKU.WS xəbər verir ki, çarxda Qurbanovun uğur hekayəsindən bəhs edilir.
Bildirilib ki, "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində iki qələbə qazanıb.
"Sensasiya komandasının baş məşqçisi ilə tanış olun: Rusiyada oynayıb, klubu 17 ildir çalışdırır və artıq 10 çempionluq əldə edib.
90-cı illərdə Qurban Qurbanov "Fakel" klubunu Rusiya yüksək liqasına çıxarırdı.
İndi isə o, Azərbaycan futbolu tarixinin ən uğurlu baş məşqçisidir.
Hətta bir komandada uzun müddət işləmək baxımından dünyada ikinci yerdədir", - deyə sujetdə qeyd olunub.
Qeyd edək ki, "Qarabağ" bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda İspaniyanın "Atletik Bilbao" klubu ilə növbəti qarşılaşmasını keçirəcək.