525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyalı hokkeyçi Aleksandr Oveçkinə vətənində olduğu 4 ay ərzində yol hərəkəti qaydalarını pozduğuna görə 33 dəfə cərimə yazılıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, indi ulduz idmançı 82 min rubl (təxmini 1550 manat) cərimə ödəməlidir.
Oveçkin hər biri bir neçə dəfə olmaqla sürət həddini aşıb, ödənişli yolda pulsuz hərəkət edib və parklanma qaydalarını pozub.
Qeyd edək ki, Aleksandr Oveçkin 2005-ci ildən karyerasını ABŞ-də, Milli Hokkey Liqasında davam etdirir. Hazırda "Vaşinqton" klubunun üzvü olan 40 yaşlı Oveçkinin bir sıra rekordların sahibidir.
L.Tağıyeva