Məşhur idmançı maşını yolka kimi bəzəyib özünü reklam etdi VİDEO

23.12.2024

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Məşhur idmançı Şükran Soltanov idarə etdiyi 77-NB-077 qeydiyyat nişanlı "Ferrari" markalı avtomobilini paytaxt küçələrində nümayiş etdirib. Avtosfer.az xəbər verir ki, o, avtomobilini işıqlarla bəzəyərək kənardakı insanların diqqətini cəlb etməyə çalışıb.

Qeyd edək ki, artıq bununla neçənci avtomobilidir ki, işıqlarla bəzədilərək şəhər küçələrində nümayiş etdirilir. Vizual olaraq maraqlı görünsə də, bu, digərlərinə pis nümunə ola bilər. Ümumiyyətlə bunun tendesiyaya çevrilməsi yaxşı hesab olunmur və bu, qayda pozuntusudur. Günün qaranlıq saatlarında isə olduqca təhlükəli hesab olunur.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью