Məşhur illüziyaçı vəfat etdi

30.12.2024

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

Rusiyalı illüziyaçı Vladimir Danilin 73 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə "Danilin" Teatrı məlumat yayıb.

"Teatrın kollektivi Vladimir Danilinin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir", - teatrdan bildirilib.

İllüzionistlə vidalaşma tarixi və vaxtı barədə məlumatın daha sonra veriləcəyi deyilib.

Qeyd edək ki, Danilin RSFSR xalq artisti adına layiq görülüb. O, Perm şəhərinin fəxri vətəndaşı, Perm Dövlət Mədəniyyət İnstitutunun professoru idi.

Ləman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью