Məşhur ingilis aktyor COP29da..

14.11.2024

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xoşməramlı səfiri olan məşhur ingilis aktyor Teo Ceyms BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qatılıb.

Gununsesi.info xəbər verir ki, aktyor BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) “İqlim fəaliyyəti üçün qaçqınlar” şəbəkəsinin təqdimat mərasimində iştirak edib.

Teo Ceyms çıxışında iqlim dəyişikliyinin təsirinə məruz qalan qaçqınlara daha böyük dəstək göstərilməsini və qaçqınların iqlim siyasətinə daxil edilməsini tələb edib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью